Bir müddət əvvəl Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırıb. Buna səbəb agentliyin maliyyə problemləri olub. Martın 11-də "Vergilər" qəzetində "Turan İnformasiya Agentliyi” MMC-nin ləğv ilə bağlı kreditorlara müraciət ünvanlanıb. Artıq agentliyin saytına da daxil olmaq mümkün deyil.
Qaynarinfo xəbər verir ki, Modern.az Agentliyin ləğvindən sonra təsisçi, tanınmış jurnalist Mehman Əliyevin nə işlə məşğul olduğunu öyrənmək üçün onunla əlaqə saxlayıb.
Mehman Əliyev bildirib ki, artıq jurnalistika sahəsində fəaliyyət göstərməyəcək:
"Hazırda jurnalistika sahəsində fəaliyyət göstərmirəm. Yeni media strukturu yaratmaq barədə də düşünmürəm. Gələcəkdə də bu sahədə fəaliyyət göstərməyəcəm".
M.Əliyev bundan sonra hansı fəaliyyətlə məşğul olacağı ilə bağlı suala cavabında isə belə deyib: "Mən artıq 3 ildir ki, təqaüdçüyəm".
Şərhlər