Xəbər lenti

Lənkərandakı bu klinika 3 min cərimələnib
Ekonomiks 16:09 16.04.2025

Lənkərandakı bu klinika 3 min cərimələnib

Lənkəran şəhərində fəaliyyət göstərən "Avicenna Medical Center" klinikası cərimə edilib. 

Qaynarinfo-nun məlumatına görə, Əsgərov Şaiq Nurəddin oğlunun qanuni təmsilçisi olduğu klinikada aparılan operativ vergi yoxlaması nəticəsində pozuntular aşkarlanıb. 

Klinika Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iki hal üzrə cərimələnib. 

İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında - AKT-a əsasən 2000 manat maliyyə sanksiyası, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunmasına görə 1000 manat maliyyə sanksiyası tətbiq edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->