Xəbər lenti

Tramp bəyan etdi: bütün ölkələrə qarşı qarşılıqlı tariflər tətbiq edəcək
Dünya 16:29 31.03.2025

Tramp bəyan etdi: bütün ölkələrə qarşı qarşılıqlı tariflər tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp 2 aprel tarixində elan etməyi planlaşdırdığı qarşılıqlı tariflərin bütün ölkələrə şamil olunacağını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg Trampın bəyanatına istinadən məlumat yayıb.

Tramp çərşənbə günü genişmiqyaslı tarif planını təqdim edəcəyini və bu günü "Azadlıq Günü" adlandırdığını qeyd edib. Onun sözlərinə görə, tariflər ABŞ-a iş yerlərini qaytaracaq və federal büdcəyə trilyonlarla dollar əlavə gəlir gətirəcək.

O, artıq alüminium, polad və avtomobillərə tariflər tətbiq edib, həmçinin Çindən idxal olunan bütün mallara tarifləri artırıb.

"Bu, bütün ölkələrdən başlayacaq, ona görə də görək nə baş verir. Mən 10 və ya 15 ölkə haqqında şayiələr eşitməmişəm", – deyə Tramp vurğulayıb.

Tariflərin tətbiqi onun qlobal ticarəti yenidən balanslaşdırmaq və ABŞ-da istehsalı stimullaşdırmaq planının əsas elementlərindən biridir. Bu addım daxili siyasət prioritetlərinin maliyyələşdirilməsinə xidmət edəcək.

Ağ Ev hələ ki, hansı tariflərin tətbiq olunacağını, onların necə hesablanacağını və ölkələrin istisna əldə etmək üçün nə etməli olduğunu dəqiqləşdirməyib.

Tramp əlavə edib ki, onun tarifləri digər ölkələrin ticarət baryerlərini də nəzərə alacaq, lakin bu hesablamaların necə aparılacağını açıqlamayıb.

"Biz onlardan daha mehriban davranacağıq, amma bu, ölkə üçün ciddi məbləğdir", – deyə o bildirib.

Tramp administrasiyası bəyan edib ki, hər bir ölkəyə qarşı qarşılıqlı tariflər gələcək danışıqlar üçün başlanğıc nöqtəsi ola bilər və bu mövqe ölkələri güzəştlərə getməyə vadar edib.

Eyni zamanda, Tramp tarif siyasətində istisnaların məhdudlaşdırılması niyyətində olduğunu da bildirib.

Son günlər KİV-in məlumatına görə, Tramp administrasiyasını 2 apreldə elan edəcəyi tarif siyasəti ilə bağlı daha qətiyyətli addımlar atmağa çağırıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->