Xəbər lenti

Qurban Qurbanovu kim qabaqlayır: Santuş, Berdıyev, yoxsa Qriqorçuk?
İdman 15:41 07.07.2024

Qurban Qurbanovu kim qabaqlayır: Santuş, Berdıyev, yoxsa Qriqorçuk?

Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ”ın baş məşqçisi 1675 xala malikdir. O, dünyada 133-cüdür.

Lakin Qurbanov ölkəmizdə çalışan və "Top-500”ə düşən yeganə baş məşqçi deyil. "Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 55-cidir. O, Qurbanovu 78 pillə qabaqlayır.

Millimizi çalışdıran Fernando Santos isə Berdiyevlə Qurbanovdan xeyli geri qalır. O, 1624 xalla siyahıda 183-cüdür.

"Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçuk da cədvəldə yer alıb. 423-cü yerdə olan ukraynalının 1481 xalı var.

Qeyd edək ki, siyahıya "Mançester Siti”nin 2240 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->