Xəbər lenti

Azərbaycan çempionunun meyiti tapıldı
İdman 21:46 16.05.2026

Azərbaycan çempionunun meyiti tapıldı

Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, şəhərin 8-ci mikrorayonunda yerləşən mənzillərdən birində 1984-cü il təvəllüdlü Rza Rzayevin meyiti aşkarlaınıb.  

Məlumata görə, Rza Rzayev idman ictimaiyyətinə tanış simadır. Belə ki, o, Sumqayıt şəhər boks məktəbinin yetirməsi olub və dəfələrlə boks üzrə respublika çempionu olub. 

Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat yoxdur. 

Faktla bağlı araşdırma aparılır.
--> -->