Son vaxtlar krediti kreditlə bağlayan vətəndaşların sayı artmaqdadır. Bu proses vətəndaşın maliyyə vəziyyətini yaxşılaşdırmaq əvəzinə, əksər hallarda borc yükünün daha da artmasına səbəb olur. Belə hallarda əsas sual ortaya çıxır: İtirən kimdir - vətəndaş, yoxsa bank?
İqtisadçı Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, krediti yeni kreditlə bağlayan zaman həmişə itirən kredit götürən şəxs olur:
"Amma son nəticədə bank da itirə bilər. Çünki kreditlə kredit bağlanırsa, bu o deməkdir ki, vətəndaşın sabit gəliri yoxdur. Əgər qısamüddətli problem varsa, əksər hallarda banklar kreditin bağlanması üçün yeni kredit vermirlər. Bu isə şəxsin maliyyə vəziyyətinin çətin olduğunu göstərir və bəzən özünü doğruldur".
Əkrəm Həsənov vurğulayıb ki, krediti kreditlə ödəmək prosesində bəzən bank da zərər görə bilər:
"Bank hesab edir ki, bu problemli kredit deyil. Əslində isə kreditlər ard-arda bağlandıqca, sonda borcalan heç bir öhdəliyini yerinə yetirə bilmir”.
Bahar Rüstəmli
Şərhlər