"Fidan Baby" (tərcüməsi "Fidan Körpə"-red.) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 56.718,41 manata çatıb.
Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Elmin Hacıyev Elçin oğludur.
Qeyd edək ki, "Fidan Baby" Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və digər bir sıra dövlət qurumlarının tenderlərin qalibi olub.
Aydın
Şərhlər