Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə 2 ədəd "Aselsan" markalı AED (Avtomatlaşdırılmış Xarici Defibrilator) defibrilatorunun və 2 ədəd qutunun satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 5100 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
"Medeks" şirkəti şirkəti 25 fevral 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşən şirkətin qanuni təmsilçisi Abbasov Elşən Yusif oğludur.
Şirkət 2008-ci ildə qeydiyyata alınsa da, 2006-cı ildə təsis edilib. Bu barədə "Medeks"in internet səhifəsində qeyd edilib.
Elşən Abbasovdan əvvəl şirkətin qanuni təmsilçisi Təhməzli Qoşqar İlahı oğlu olub. Qoşqar Təhməzli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədridir. O, bu vəzifəyə 2017-ci ildə təyin edilib.
Seyid
Şərhlər