Xəbər lenti

DGK itlərə 189 min manat xərcləyəcək - Qurum yem, xalta, top və qab alır
Ekonomiks 15:53 21.05.2026

DGK itlərə 189 min manat xərcləyəcək - Qurum yem, xalta, top və qab alır

Dövlət Gömrük Komitəsi (DGK) 189 859,55 manatlıq it yemi və əşyalar alır.

Qaynarinfo xəbər verir ki, Komitənin bununla bağlı elan etdiyi tenderə yekun vurulub. 

Satınalmanın qalibi "XEZRI TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. 

Tenderin şərtlərindən aydın olur ki, DGK quru yemdən başqa itlər üçün xalta, oyuncaq top, itlərin yemlənməsi üçün qab, xalta üçün ip və itlərə su verilməsi üçün qab almağı planlaşdırır.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "XEZRI TRADE” MMC 28 sentyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5.000 AZN-dir. Hüquqi ünvanı Ağdam rayonu, Kosalar kəndi, M. Qasımlı ev 5-də yeləşən şirkətin qanuni təmsilçisi isə Xəlilov Elmir Həsən oğludur. 

Açıq mənbələrdə "XEZRI TRADE” MMC barədə məlumatlar məhduddur. Məlum olan odur ki, şirkət ticarət və təchizat sahəsində fəaliyyət göstərir.

Elmir Xəlilov haqqında isə heç bir məlumat yoxdur. 

"XEZRİ TRADE” MMC ötən ay Dövlət Sərhəd Xidmətinin (DSX) xidməti atlar üçün qüvvəli və qaba yemlərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 683 810 manat olub. 

Günay

--> -->