Vaterlu Universitetinin tədqiqat qrupu kişilərlə qadınlar arasındakı maddələr mübadiləsi fərqlərini araşdırıb.
Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, alimlər mövcud məlumatlardan istifadə edərək kompüter modelləşdirməsi vasitəsilə kişi və qadın metabolizmini simulyasiya edən modellər yaradıblar. Tədqiqatın mərkəzində yüksək karbohidratlı və ya yağlı səhər yeməklərinə bədənin reaksiyası dayanıb.
Nəticələr göstərib ki, kişilərin orqanizmi karbohidratla zəngin səhər yeməyinə daha yaxşı reaksiya verir. Qadınlar üçün isə yağlı yeməklər daha uyğun sayılır. Sadə dillə desək - kişilər günü sıyıqla, qadınlar isə omlet və ya avokadolu tostla başlamağa üstünlük verməlidirlər.
Tədqiqat qrupunun rəhbəri Stefani Abo düzgün səhər yeməyinin əhəmiyyətini belə izah edir:
"Görünüşcə əhəmiyyətsiz görünən qərarların - məsələn, səhər yeməyində nə yeməyimizin - sağlamlığımıza və enerji səviyyəmizə necə təsir etdiyini anlamaq çox vacibdir".
Aydın
Şərhlər