Xəbər lenti

İtaliyada
Dünya 15:41 21.05.2025

İtaliyada "Millenium" əməliyyatı: 97 mafioz saxlanıldı

İtaliya polisi ölkənin cənubundakı Reccio Kalabria mafiyasına qarşı "Millenium" adlı iri əməliyyat keçirib. 

Qaynarinfo xəbər verir ki, nəticədə 14 əyalətdə 97 nəfər saxlanılıb. Onlar "Ndrangheta" mafiyası ilə əlaqədə şübhəli bilinirlər.

EFE-nin hərbi polisə istinadən verdiyi xəbərə görə, həbs olunanlar mafioz təşkilatda iştirakda, narkotik vasitələrin qanunsuz dövriyyəsində, adam oğurluğunda, siyasətçilərə təsir etməkdə və qanunsuz silah saxlamaqda ittiham olunurlar.

Əməliyyat başlamazdan əvvəl hüquq-mühafizə orqanları Reccio Kalabriadakı əsas mafiya ailələrinin İtaliyada və xaricdə narkotik ticarətində sıx əməkdaşlıq etdiyini aşkar ediblər.

"Millenium" kod adlı əməliyyatı Reccio Kalabria əyalətinin Mafiyaya Qarşı Mübarizə İdarəsi, Kalabriya, Siciliya hüquq-mühafizə orqanlarının əməkdaşları və beynəlxalq polis strukturlarının iştirakı ilə həyata keçirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->