Xəbər lenti

İctimai nəqliyyatın qış hazırlığı: Əhali soyuq avtobusları ümidinə qalıb (ŞƏRH)
Ekonomiks 12:38 11.01.2024

İctimai nəqliyyatın qış hazırlığı: Əhali soyuq avtobusları ümidinə qalıb (ŞƏRH)

Havaların kəskin soyumasına baxmayaraq, Bakıda hələ də avtobusların əksəriyəti istilik sistemi olmadan işləyir. Bu da sərnişinlərin haqlı narazılığına yol açır. Xüsusən də bu hal şəhər ətrafına marşurut xətti olan avtobuslarda daha çox özünü bürizə verir. Sürücülər istilik sisteminin olmamasını aidiyyatı qurumlarla əlaqələndirir. Bildirirlər ki, bunun üçün əlavə yanacaq verilməlidir, bu isə onlara verilmir. 

Sürücülər deyir ki, "xidmətin yüksək olmadığı bir avtobusa niyə 40 qəpik gediş haqqı ödəməliyəm" deyə avtobusdan pulsuz düşən sərnişinlərin də sayı artmaqdadır. Bu isə sürücü ilə sərnişin arasında əlbəyaxa dava ilə nəticələnir. 

Bəs, günahkar kimdir? Ödədiyi gediş haqqına görə xidmət görməyən sərnişinlər, yoxsa yanacağın pulunu sürücüyə vermək istəməyən sahibkarlar?
 
Nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya bildirib ki, bu gün Bakıda istilik sistemi olmadan fəaliyyət göstərən avtobusların sayı həddən artıq çoxdur: 



"Əslində, bütün avtobuslarda istilik sistemi olmalıdır. Amma bu gün Bakıda fəaliyyət göstərən avtobusların əksəriyyəti köhnədir. Onların nə istilik sistemi var, nə də soyutma. Qışda soyuqdan donurlar, yayda istidən. Sahibkarlar maraq göstərmir. Onlar yaxşı qazanc əldə edə bilməmələrindən gileylənir. Dövlət tərəfindən dotasiya, subsidiyalar verilmir. Ona görə də köhnə avtobuslarla işləmək daha sərfəlidir”. 
 
Elməddin Muradlı qeyd edib ki, köhnə avtobuslar yenisi ilə əvəz olunmalıdır:

"Avtobusların sayı artmalıdır. Bu gün Bakı şəhərində 2 min avtobus xəttə buraxılırsa da, onun 400-dən çoxu yararsız vəziyyətdədir. Təəssüf ki, bunun qısa müddətdə də həlli mümkün deyil. Avtobusların konustruksiyasında nəzərdə tutulan istilik sistemi bu 400 avtobusda yoxdur".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->