Xəbər lenti

Gəncədə biri azyaşlı olmaqla 4 nəfər dönərdən zəhərləndi
Ölkə 20:11 14.04.2025

Gəncədə biri azyaşlı olmaqla 4 nəfər dönərdən zəhərləndi

Gəncədə üç qadın və bir azyaşlı olan dörd nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, restoranların birində yedikləri qidadan (dönər olduğu ehtimal olunur) zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslərin 1990-cü il təvəllüdlü N.Cabbarova, 2007-cı il təvəllüdlü N.Quliyeva, 1988-cü il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı olduğu bildirilib.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->