Xəbər lenti

Ermənistan, Yunanıstan və Cənubi Kipr hərbi əməkdaşlıq proqramı imzaladı
Dünya 10:12 06.07.2023

Ermənistan, Yunanıstan və Cənubi Kipr hərbi əməkdaşlıq proqramı imzaladı

Ermənistan, Yunanıstan və Cənubi Kiprin Müdafiə Nazirliklərinin nümayəndələri məsləhətləşmələrdən sonra üçtərəfli hərbi əməkdaşlıq proqramını imzalayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən qeyd edilib ki, məsləhətləşmələr iyulun 5-də Kiprdə baş tutub. Ermənistan tərəfdən onlar Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanın başçılıq etdiyi nümayəndə heyətinin iştirak edib. Görüş iştirakçıları bir sıra təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər.

Üçtərəfli hərbi əməkdaşlıq proqramına Ermənistan, Yunanıstan və Kiprdə bir sıra tədbirlər daxildir.

Məsləhətləşmələrin sonunda onlarda iştirak edən dövlətlərin nümayəndə heyətləri Kipr Milli Qvardiyasının komandanı general-leytenant Dimokritos Zervakis tərəfindən qəbul edilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->