Xəbər lenti

Şadlıq sarayında toy zamanı yanğın oldu (VİDEO)
Video 12:12 21.05.2025

Şadlıq sarayında toy zamanı yanğın oldu (VİDEO)

Bakıda yerləşən tanınmış şadlıq saraylarından birində yanğın baş verib.

Qaynarinfo-nun Manset.az-a istinadən məlumatına görə, hadisə mayın 20-də saat 19:35 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən "Louvre Palace” şadlıq sarayında qeydə alınıb. Yanğının mətbəx sahəsində başladığı bildirilir.

Hadisə zamanı şadlıq sarayında eyni anda iki toy mərasimi keçirilirmiş.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->