Xəbər lenti

Ermənilərin Naxçıvanda törətdikləri qırğın:
Video 17:57 31.03.2025

Ermənilərin Naxçıvanda törətdikləri qırğın: "Yeddi il yas saxlandı"

1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı Naxçıvandan da yan keçməyib.

Culfa rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Yaycı kəndində də amansız qətllər törədilib.

Sakin Fərəc Fərəcov erməni vəhşiliyindən danışarkən qeyd edib ki, bu kənddə 31 mart soyqırımına görə yeddi il yas tutulub, toy məclisi keçirilməyib:

"Çox dəhşətli qırğın idi. Qarşılarına çıxanları qətlə yetirir, evlərə od vururdular. Yaşlı adamlar danışırdılar ki, ermənilər heç kimə rəhm etmirdilər. Hamilə qadınları öldürür, qarınlarına nizə keçirirdilər".

"Xocalıda etdiklərini bizə də ediblər. Qohumlarımı qırıb Araza töküblər", - başqa bir sakin Xeyransa İsmayılova söyləyib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->