Xəbər lenti

Nadir Qafarzadə:
Maqazin 13:45 07.04.2025

Nadir Qafarzadə: "Bu, artıq dünyanın sonu deməkdir"

Müğənni Nadir Qafarzadə Azərbaycanda son 10 illə müqayisədə toy məclislərinin sayının azaldığını açıqlayıb.

Sənətçi Qaynarinfo-ya açıqlamasında boşananların sayının evlənənlərdən çox olduğunu bildirib:

"Ortada bir həqiqət var, bu gün boşananların sayı evlənənlərin sayından çoxdur. Biz toy edirik, üstündən iki ay keçməmiş ailə quranlar boşanırlar. Bu gün boşananların sayı toy edənlərin sayından çoxdursa, bu, artıq dünyanın sonu deməkdir".
 
Nadir Qafarzadə bu gün evlənən cütlüklərin məsuliyyətli olmadığını vurğulayıb:

"Gənclər hələ ailəni dərk eləmirlər. "TikTok”, "Instagram” və bir sıra sosial şəbəkələrdə hoqqa verirlər. Biz ailə quranda deyirdik ki, əyləncə bitdi, vəssalam. Ailəni qurmuşuqsa, onu dağıtmaq olmaz, bərkə-boşa düşəndə ondan çıxış yolları tapmaq lazımdır. Uşaq varsa, boşanmaq fikri tərəflərin ağlından keçməməlidir. Çünki uşaqların heç bir günahı yoxdur. Onlar niyə ata-anasız böyüməlidirlər? Uşaq ata-ananı yanında hiss etməli, onun diqqəti, tərbiyəsi altında böyüməlidir. Bəziləri deyir ki, "boşanmışam, amma uşaqlar hərdən atası ilə görüşür". Hərdən nə deməkdir? Bu uşaqların həyatı da "hərdən” olacaq. Qızlar evdə ata hiss etməli və oğlanlar kişi kimi böyüməlidirlər”. 

Nadir Qafarzadə boşanmaların səbəblərindən də danışıb:

"Səbəblər arasında sosial şəbəkələr bir nömrəlidir. Seriallar ikinci gəlir. Üçüncüsü, psixoloqarın açıqlamalarıdır. Bunu xüsusi qeyd etmək lazımdır. Bir çox əxlaqsız psixoloqlar qızların beyinlərini pozub. "Evlənməyin, doğmayın, həyatınızı yaşayın” kimi söhbətlərlə gənclərin beyinlərini yeyirlər. Bloger qızlar dünya turuna çıxıb, oradan da canlı yayım açaraq gəncləri sərbəst yaşamağa səsləyir. Bir çox şeylər var ki, onların hər biri cavanları yoldan çıxarır. Cavanın da beyni hay-küylüdür, formalaşmayıb, kim nə deyirsə, onu da götürür. Təbliğat düzgün aparılmır. Allah pisindən saxlasın, əgər bu, pis deyilsə”.  

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->