Xəbər lenti

Peyvənd vurulandan sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb? (VİDEO)
Video 13:33 07.04.2025

Peyvənd vurulandan sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb? (VİDEO)

"Vurulan peyvənddən sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb".

Qaynarinfo-nun Xəzər TV-yə istinadla verdiyi xəbərə görə, bu barədə körpənin atası, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakini Həsən Mirzəyev iddia edir.

H.Mirzəyev Sabunçu rayonu 12 saylı şəhər polikninkasının sahə həkimi  Elnurə Qurbanovadan şikayətçidir.

Onun iddiasına görə, E.Qurbanova körpəni müayinə etmədən ona iynə vurub və nəticədə uşağı ağır xəstə olub.

H.Mirzəyev "YeniGündəm"ə açıqlamasında isə deyib:

"Bizim 4 aylıq körpə uşağı sahə həkimi  Qurbanova yoxlamadan, analiz və heç bir müayinə etmədən peyvənd edərək pis hala qoyub. Həm də razılığımız olmadan. Savadsız həkim allergiyası olan uşağa müayinəsiz  göy öskürəyə qarşı peyvənd edib. Uşaq həmin gündən 39-40  dərəcə qızdırma içindədir. Neçə gündü vəziyyət ağır olaraq qalır. Bir çox müayinədən sonra məlum olub ki, qanına infeksiya düşüb və üstəlik uşaqda anemiya yaranıb. Həkimlərin dediyinə görə, bu cür xəstə uşaqlara qan analizi yoxlanmadan qəti peyvənd vurmaq olmaz. Hazırda uşağın bütün orqanlarnda iltihabılaşma başlayıb. Hətta dedilər ki ürək klapanlarının hər birində iltihab var, həmçinin qaraciyər böyüməsi, böyrəklər  və sidik yollarında ciddi fəsadlar yaranıb. Bütün qan göstəriciləri yüksəlib".

Həkim Elnurə Qurbanova isə Xəzər Tv-yə verdiyi açıqlamada deyilənləri təkzib edib. Onun sözlərinə görə, peyvənddən öncə qan analizi edilib, hər şey qaydasında olub. Onun sözlərinə görə, vurulan peyvəndin heçm bir əks-təsiri yoxdur.

Daha ətraflı video süjetdə:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->