Bakıda ictimai nəqliyyatda kəsici alətlə (bıçaq) qeyri-adekvat hərəkətlər edən qadın saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.
10.01
Bakıda avtobusa əlibıçaqlı qadın sərnişin daxil olub.
Oxu.Az-ın məlumatına görə, qadın digər sərnişinlərin qorxuya düşməsinə səbəb olub.
Belə ki, sərnişinlərin çoxu bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.
Həmin görüntüləri təqdim edirik:
Şərhlər