Xəbər lenti

Azxeber.com 15 yaşını qeyd edir!
Ölkə 12:01 13.04.2025

Azxeber.com 15 yaşını qeyd edir!

Bu gün Azxeber.com informasiya portalının 15 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

Qaynarinfo kollektivi Azxeber.com portalında çalışan həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->