Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) "Şahdağ Film" MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə "Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani" bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin və hüquqlarının satın alınması nəzərədə tutulur. Müqavilənin maliyyə dəyəri 648 221 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Şahdağ Film" MMC 22 noyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Tramvay döngəsi ev4, Time Biznes Mərkəzində yerləşir. MMC-nin qanuni təmsilçisi Bayramov Sərvər Umud oğludur.
"Şahdağ Film" MMC 2024-cü ildə "Tənha insanın monoloqu" bədii filmini istehsal edib. Cari ildə isə ARKA tərəfindən keçirilən "Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin pitçinq mərhələsinin nəticələrinə əsasən "Türkmənçay" filminin istehsalını həyata keçirəcək.
MMC-nin qanuni təmsilçisi Sərvər Bayramova gəlincə, o, Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru vəzifəsində işləyib. 2019-cu ildə isə bu vəzifədən çıxarılıb. Ona AzTv-nin İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru vəzifəsini icrası tapşırılıb. Bu vəzifədə 2021-ci ilədək işləyib.
Seyid
Şərhlər