2007-ci il təvəllüdlü gənc Türkiyədən Naxçıvana tapança patronu gətirən zaman saxlanılıb. O, həmin patronu 50 türk lirəsinə aldığını, aksesuar kimi saxladığını deyib.
Musavat.com xəbər verir ki, 18 yaşlı Toğrul Axundov Naxçıvan Hava Limanında sazlanılıb. Onun çantasından patron aşkar edilib. Toğrula qarşı qanunsuz olaraq odlu silah saxlamaq ittihamı irəli sürülüb.
Toğrul deyib ki, 2023-cü ildə ailəsi ilə birlikdə işləmək üçün Türkiyə gedib.
Avtomobilyuma yerində işləyən Toğeul orada Suriya vətəndaşı Abdülrəhman adlı şəxslə tanış olub. Onlar birlikdə işləyiblər. Həmin tapança patronunu Abdülrəhmanda görüb və aksesuar kimi saxlamaq üçün ondan istəyib. Abdülrəhman həmin patronu ona 50 türk lirəsi qarşılığında ona satıb.
Toğrul ailəsi ilə Türkiyədən Naxçıvana qayıdıb. Oradan Bakıya uçmaq istəyərkən hava limanında saxlanılıb və çatasından patron aşkar edilib.
Məhkəmənin hökmü ilə Toğrul barəsində 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Şərhlər