Xəbər lenti

Ekonomiks 16:42 01.04.2025

"Melissa Group"la bağlı daha bir qərar: Satış dayandırıldı

"Melissa Group” tikinti şirkətində katlavan mənzillərin satışı dayandırılıb.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Fakt şirkətdən təsdiqlənib. Bildirilib ki, rəhbərliyin göstərişinə əsasən, katlavan mənzillərin satışı dayandırılıb.

Qeyd olunub ki, bununla yanaşı, hazırda həm təmir işləri, həm də hazır binalarda mənzillərin satışı davam etdirilir.

Xatırladaq ki, martın 27-də "Melissa Group” tikinti şirkəti tərəfindən Bakının Yasamal rayonunda yaşayış olan evin söküntüsü həyata keçirilib. Hadisədən sonra "Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin əməkdaşı, ekskavotorun sürücüsü Qala Eynullayev həbs olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->