Xəbər lenti

Ölkə 17:01 01.04.2025

"Labirint"in sahibinin "Porsche" davası bitdi: Keçmiş şəriki həbsdən azad edildi

Bakıda 3 il əvvəl məşhur hamam və klub sahibinin "Porsche Cayenne" markalı avtomobilini əzən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1991-ci il təvəllüdlü Araz Ağalarov maşını ilə iş adamı Dilsuz Məmmədova məxsus "Porsche Cayenne" markalı avtomobili qəsdən əzməkdə ittiham edilib. 



Hadisə 17.12.2022-ci il tarixində Bakının Babək prospektində baş versə də, Araz Ağalarov barəsində məhkəmənin qərarı ilə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Daha sonra iddia edilib ki, Araz Ağalarov həmin qətimkan tədbirinin şərtlərini pozaraq, məhkəmədən gizlənib. 9 yanvar 2025-ci il tarixdə barəsində axtarış elan olunub. 21 yanvar 2025-ci il tarixdə saxlanılaraq həbs edilib və barəsində açılan 127.2.3, 178.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə cinayət işi baxılması üçün məhkəməyə göndərilib. 



Məhkəmə iclasında Araz Ağalarov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində deyib ki, Dilsuz Məmmədov onun tanışıdır və sözügedən şəxslə normal münasibətləri olub. Maşın alqı-satqısı ilə məşğul olan Araz Dilsuz üçün Gürcüstandan avtomobil gətirməli olduğunu deyib. Daha sonra sözügedən sahədə şərikli iş görüblər. Lakin sonra işlər gözlədiyi kimi getmədiyindən onunla münasibətləri pisləşib. Hadisə baş verən gün restoranların birində aralarında sözlü mübahisə baş verib. Mübahisədən sonra Dilsuz Məmmədov oranı tərk edib. Qəza isə ehtiyatsızlıq səbəbindən baş verib. 



Dilsuz Məmmədov isə Araz Ağalarovun idarə etdiyi avtomobillə onu təqib edərək, qəzanı qəsdən törətdiyini deyib. Bildirib ki, təqsirləndirilən şəxs Babək prospektində, işıqforun hərəkəti qadağan edən qırmızı işığında dayanan iş adamına məxsus "Porsche Cayenne GTS Coupe" markalı avtomobili qəsdən arxadan vurub. Hadisə nəticəsində yolun əks istiqamətində gələn "Mercedes Benz GL500" markalı avtomobilə də ziyan dəyib. 



Dilsuz Məmmədov avtomobilinin yararsız hala düşməsinə görə Araz Ağalarovdan 220400 manat məbləğində maddi ziyanı tələb edib. 

Məhkəmənin qərarı ilə Araz Ağalarova 2 il sınaq müddəti olmaqla 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, məhkəmə iclas zalında dərhal həbsdən azad olunub. Dilsuz Məmmədov 220400 manat məbləğində maddi ziyan tələbinin icraata xitam verilib.

Xatıradaq ki, Araz Ağalarov dəfələrlə KİV-də açıqlama verərək bildirib ki, "Günəş” hamamı, "Labirint” klub-restoranı və s. obyektlərin sahibi Dilsuz Məmmədovun baş verən qəza nəticəsində avtomobilinə ziyan dəydiyinə görə ondan yeni "Porsche” markalı avtomobil tələb edir. Əks halda iş adamı onu həbs etdirəcəyi ilə hədələyib. 

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->