Xəbər lenti

2.000 illik qladiator məzarı aşkarlandı: Necə öldüyü hələ də müəmmalıdır
Dünya 22:40 14.04.2025

2.000 illik qladiator məzarı aşkarlandı: Necə öldüyü hələ də müəmmalıdır

İtaliyanın Kampaniya bölgəsində yerləşən qədim Liternum şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 2.000 il əvvəl yaşamış bir qladiatorun məzarı üzə çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, tapıntı Antik Roma dövrünün qanlı arenalarında döyüşən bu qladiator döyüşçülərin həyatı və ölümü barədə yeni məlumatlar təqdim edir. Lakin qladiatorun kimliyi, yaşı və necə öldüyü hələlik müəyyən edilməyib.

Liternumun sirli məzarlığı

Qazıntılar zamanı təxminən 150 kvadratmetrlik sahədə 20-30 arası məzar müəyyən edilib. Onların əksəriyyəti böyüklərə aiddir. Ancaq içərisində ən çox diqqət çəkəni, xüsusi işarələrlə bəzədilmiş iki məzar otağı olub. Bu otaqlar əvvəlcə ağ suvaqla örtülmüş, sonra üzərinə qırmızı rəngli naxışlarla bəzək əlavə edilmişdir. Arxeoloqlar bu məzarların sadəcə bir dəfn yeri deyil, eyni zamanda xüsusi rituallarla əlaqəli ola biləcəyini ehtimal edirlər.

Qladiatorun məzar yazısı və sirli sonu

Mərmər üzərində yerləşdirilən bir yazıda dəfn olunan şəxsin qladiator olduğu qeyd olunub. Lakin bu qladiatorun Roma tarixində qeydiyyata alınan məşhur döyüşçülərlə əlaqəsi hələlik müəyyən edilməyib. Yazıdakı ifadələr, onun professional bir döyüşçü olduğunu və böyük ehtimalla arenada canından keçdiyini göstərir. Bununla belə, dəqiq ölüm səbəbi naməlum qalır.

Antik Roma cəmiyyətində qladiatorların rolu

Qladiator döyüşləri Roma cəmiyyətində təkcə əyləncə deyil, həm də ideoloji və mədəni kimliyin bir parçası idi. Romalılar bu qanlı tamaşaları minlərlə insanın toplandığı stadionlarda izləyir, şiddəti əyləncənin mərkəzinə yerləşdirirdilər. Bu döyüşlər, Romalıların özlərini digər "barbar" adlandırdıqları xalqlardan üstün görmələrinin də bir ifadəsi idi.

Yeni tapılan bu məzar Roma tarixinin və onun vətəndaşlarının şiddətə olan münasibətinin daha dərindən anlaşılmasına imkan verir. Eyni zamanda, bu tip arxeoloji tapıntılar Qərb mədəniyyətinin təməlində duran bəzi dəyərlərin haradan qaynaqlandığına dair düşündürücü suallar doğurur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->