Bakı sadəcə
memarlıq və küçələrdən ibarət deyil, o həm də bir ritm, bir enerjidir. Yelo
Bank-ın dəstəyi, Azərbaycan Şəhərsalma Kampaniyası və Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyası (WUF 13) ərəfəsində "Bakı Şəhərsalma Həftəsi”
çərçivəsində paytaxtımızda "Şəhərin səsi” adlı xüsusi mədəni proqram
keçiriləcək. Bu layihə şəhər enerjisini rəqəmsal incəsənət və müasir musiqinin
unikal sintezi ilə bir araya gətirir.
16 may tarixində Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının unikal
tarixi atmosferi audiovizual performansların, "videomapping" və
elektron musiqinin sintezi ilə tamamilə yeni bir formaya bürünəcək. Səbinə
Şıxlinskayanın kuratorluğu ilə hazırlanan vizual proqram və tanınmış DJ-lərin
çıxışları Bakının çoxqatlı kimliyini fərqli bir rakursdan nümayiş etdirəcək.
Yelo Bank yaradıcı sənayelərin inkişafına və şəhər mədəniyyətinin müasir
transformasiyasına töhfə verməkdən qürur duyur. Sizi də bu immersiv təcrübənin
bir hissəsi olmağa və Bakının ritmini bizimlə birgə hiss etməyə dəvət edirik.
Giriş ödənişsizdir, lakin qeydiyyat mütləqdir. Qeydiyyatdan keçmək üçün link:https://ylb.az/4nwgnDV.
Bank xidmetleribarədə əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər