İntizam insan davranışının ən geniş yayılmış xüsusiyyətlərindən biridir və məqsədlərə çatmaq üçün zəruridir. Çox vaxt insanlar düşünür ki, bu, məhdudiyyətlərin və ya həddindən artıq tələblərin qoyulması deməkdir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mediafax” yazır.
Eyni zamanda, psixoloqlar bildirirlər ki, məqsəd həyatımızı yaxşılaşdıran müəyyən vərdişlərin formalaşdırılmasıdır. Buna görə də ən intizamlı insanların psixologiya ilə dəstəklənən və çox effektiv olan ortaq vərdişləri var.
Bu vərdişlərdən birincisi günə erkən başlamaqdır. Bu, günün daha səmərəli istifadə edilməsinə və məhsuldarlığın artmasına imkan verir.
"Lakin bu vərdişin tədricən formalaşması idealdır, xüsusilə gec yatıb gec oyanmağa meyilli insanlar üçün gündəlik rejimin mərhələli şəkildə tənzimlənməsi tövsiyə olunur", deyə materialda qeyd olunur.
Həmçinin müntəzəm fiziki məşqlər stress səviyyəsinin azalmasına kömək edir ki, bu da zehni gərginliyi azaldaraq diqqət qabiliyyətini artırır.
Qeyd edilir ki, ağır idman növlərinə ehtiyac yoxdur. Gündə 15–20 dəqiqəlik fəaliyyət belə nəticə görmək üçün kifayətdir. Bundan əlavə, su qəbuluna diqqət və düzgün qidalanma da vacib amillərdir.
Öz növbəsində gün ərzində ən vacib qidalardan biri səhər yeməyidir
"Bu, mütləq zəruri olmasa da, daha disiplinli insanlar adətən günün ilk yeməyinə xüsusi diqqət yetirirlər", deyə materialda əlavə olunur.
Həmçinin günü əvvəlcədən planlaşdırmaq və təşkil etmək vacibdir. Tapşırıqlar siyahısının hazırlanması vaxtın idarə olunmasına və məhsuldarlığın artırılmasına kömək edir.
"Nəhayət, məqsədlərə fokuslanmaq və diqqəti cəmləmək üçün şüurlu yanaşma ən vacib vərdişlərdən biridir”, deyə məqalədə vurğulanır.
Həmçinin qeyd edilir ki, ofisiantlara masanı yığışdırmaqda kömək edən insanlar mühüm bir xarakter xüsusiyyətinə sahib olurlar. Bu vərdiş sosial məsuliyyətin göstəricisi sayılır və insanın yalnız öz rahatlığını deyil, başqalarını da nəzərə aldığını göstərir.
Aydın
Şərhlər