Xəbər lenti

Komitə sədrinə yeni müşavir təyin edildi
Ekonomiks 17:50 13.05.2026

Komitə sədrinə yeni müşavir təyin edildi

Dövlət Statistika Komitəsində yeni təyinat olub.

Qaynarinfo Banker.az-a istinadən xəbər verir ki, İbrahim İbrahimov Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilib.

O, 2021-ci ilin mayından 2024-cü ilin yanvarına kimi İcbari Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub. 2024-cü ilin yanvarından 2026-cı ilin mayına kimi isə "Rəqəmsal Tibbi Həllər" MMC-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb.

İbrahim İbrahimov 2006-10-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2012-14-cü illərdə isə kompüter elmləri ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
--> -->