Xəbər lenti

KİV: Tramp İrana qarşı müharibəni yenidən başlatmağı ciddi şəkildə düşünür
Dünya 09:20 12.05.2026

KİV: Tramp İrana qarşı müharibəni yenidən başlatmağı ciddi şəkildə düşünür

ABŞ prezidenti Donald Tramp getdikcə İrana qarşı tammiqyaslı hərbi əməliyyatı yenidən başlatmağı düşünür.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu iddia ilə CNN telekanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp Hörmüz boğazının bağlı qalmasının davam etməsi, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlər etməkdən imtina etməsi ilə bağlı getdikcə səbrini itirir.

ABŞ administrasiyasının rəhbəri bunu İran hakimiyyəti daxilində iddia edilən fikir ayrılıqları ilə əlaqələndirir.
--> -->