"Microsoft" süni intellekt (Al) sahəsində "həqiqi müstəqillik” əldə etməyə çalışır, öz modellərini yaradaraq "OpenAI"dan asılılığı azaltmağı hədəfləyir. Bu modellər bəzi işçilərin yerini tutmaq imkanına sahib olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
"Ofis işçilərinin fəaliyyəti – komputer qarşısında işləyən hüquqşünas, mühasib, layihə meneceri və ya marketoloq – bu tapşırıqların çoxu növbəti 12–18 ay ərzində süni intellekt vasitəsilə tam avtomatlaşdırılacaq", deyə "Microsoft"un süni intellekt üzrə rəhbəri Mustafa Suleyman bildirib.
O əlavə edib ki, növbəti iki-üç il ərzində bu süni intellekt agentləri böyük təşkilatlarda iş axınını daha yaxşı koordinasiya edə biləcəklər. Süni intellekt alətləri həmçinin zamanla öyrənib təkmilləşə biləcək və onların fəaliyyəti daha müstəqil olacaq.
"Yeni model yaratmaq, podkast hazırlamaq və ya bloq yazmaq kimidir. Hər bir təşkilat və istifadəçi üçün tələblərə uyğun süni intellekt hazırlamaq mümkün olacaq", deyə Suleyman qeyd edib.
"Microsoft"un başqa fəaliyyət istiqaməti isə səhiyyədə süni intellektin tətbiqidir. Burada məqsəd "tibbi superintellekt” yaratmaqdır ki, süni intellekt xəstəxanalarda personal çatışmazlığı və uzun gözləmə müddətinin həllinə kömək edə bilsin. Keçən il şirkət süni intellekt əsaslı diaqnostik alət təqdim edib ki, bəzi tapşırıqları həkimlərdən daha yaxşı yerinə yetirə bildiyi iddia olunur.
"Microsoft" nümayəndəsi bildirib ki, şirkətin məqsədi "humanist superintellekt” yaratmaqdır – yəni insan nəzarətində qalan süni intellekt texnologiyaları. Bu addım, digər laboratoriyaların güclü və nəzarətsiz texnologiyalar yaratmaq yarışına cavab olaraq həyata keçirilir.
Aydın
Şərhlər