2026-cı ilin may ayında Avropanı bir neçə ölkədə insan tələfatına səbəb olan anormal istilər bürüyüb. Son illərdə artıq yalnız cənub deyil, bütövlükdə Avropa yayda yüksək temperatur və bunun yaratdığı dağıdıcı meşə yanğınlarından əziyyət çəkir.
Bu səbəbdən turistlər üçün qitədə yay istisindən qaçaraq rahat istirahət etmək üçün sərin məkanlar tapmaq getdikcə çətinləşir.
Qaynarinfo xəbər verir ki, seçimi asanlaşdırmaq üçün "The Independent” nəşri bu yay istidən qaçmaq üçün Avropada ən yaxşı 12 istiqamətin siyahısını hazırlayıb.
Məlum olur ki, daha sərin temperaturu təkcə ənənəvi olaraq baha olan Skandinaviya ölkələrində deyil, Şərqi və Cənubi Avropanın bir çox bölgələrində də tapmaq mümkündür.
Avropada 12 sərin istirahət istiqaməti (2026)
1. Ostende, Belçika: avqustda orta temperatur 16°C–21°C.
2. Oslо, Norveç: avqustda orta temperatur 16°C–21°C.
3. La Qomera, Kanar adaları, İspaniya: avqustda orta temperatur 21°C–28°C.
4. Tartu, Estoniya: avqustda orta temperatur 13°C–22°C.
5. Sopot, Polşa: avqustda orta temperatur 14°C–22°C.
6. Zilt, Almaniya: avqustda orta temperatur 15°C–20°C.
7. Bled gölü, Sloveniya: avqustda orta temperatur 13°C–25°C.
8. Maşiku, Madeyra, Portuqaliya: avqustda orta temperatur 21°C–26°C.
9. Porı, Finlandiya: avqustda orta temperatur 11°C–19°C.
10. Haarlem, Niderland: avqustda orta temperatur 14°C–22°C.
11. Skagen, Danimarka: avqustda orta temperatur 14°C–20°C.
12. Arran, Şotlandiya: avqustda orta temperatur 13°C–17°C.
Aydın
Şərhlər