Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 313 ünvanında yaşayan sakin tikinti şirkəti tərəfindən aldadıldığını bildirir.
Baku TV-nin qaynar xəttinə müraciət edən şəxs yaşadığı mənzillə bağlı iddialar səsləndirib.
Şikayətçinin sözlərinə görə, illər əvvəl "SAS EkoPark" şirkətindən 118.6 kvadratmetr sahəsi olan mənzil alıb. Lakin sonradan məlum olub ki, mənzilin real sahəsi 96.1 kvadratmetrdir.
Vətəndaş məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini və qalib gəldiyini deyir. Onun sözlərinə görə, bundan sonra şirkət tərəfindən müxtəlif təzyiqlərlə üzləşib: evinə qanunsuz şəkildə müdaxilə edilir, həmçinin işıq və su təchizatında fasilələr yaranır.
"Binaya zərər vurmaqla bağlı əsassız iddialar irəli sürüb məni hədələyirlər. Təkcə mənim yox, qardaşımın da mənzilində kvadratmetr problemi var. Bu problem demək olar ki, bütün binada mövcuddur. İnsanları aldadaraq bu işlərlə məşğul olurlar", - deyə o qeyd edib.
Məsələ ilə bağlı şirkət əməkdaşı bildirib ki, binanın sütunlarına ziyan vurulub, həmçinin mənzilə avadanlıqlar quraşdırılarkən aşağı mərtəbəyə də zərər dəyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər