2024-cü ildə ABŞ-ın "möhtəşəm yeddilik" adlanan texnologiya nəhəngləri - "Alphabet", "Amazon", "Apple", "Meta", "Microsoft", "Nvidia" və "Tesla" - investorlara 12%-dən 171%-ə qədər gəlir təmin edib.
Qaynarinfo xəbər verir ki, süni intellektin gəlir artışına təsiri və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimləri texnologiya hissələrinin yüksəlişində mühüm rol oynayıb.
Süni intellektin təsiri və "Nvidia"nın liderliyi
2024-cü ildə süni zəka texnologiyalarına olan tələb artımı "Nvidia"nın hissə dəyərini 171% artırıb və şirkəti "möhtəşəm yeddilik" arasında lider edib. Şirkət, fevralda 2 trilyon dollar, iyunda isə 3 trilyon dollar bazar dəyərinə çatdı və noyabrda tarixi yüksəkliyə nail olub.
"Meta" və "Tesla"nın uğurları
"Meta" süni intellekt sahəsində əldə etdiyi uğurlarla hissə dəyərini 65% artıraraq ikinci sırada yer alıb.
"Tesla" isə Donald Trampın yenidən prezident seçilməsi ilə investor marağını artıraraq il ərzində 62% artım göstərib.
Digər texnologiya nəhənglərinin performansı
* "Amazon" güclü e-ticarət və bulud xidmətləri ilə 44% gəlir təmin edib.
* "Alphabet" il ərzində hissə dəyərini 35% artıraraq rekord səviyyəyə çatıb.
* "Apple" 2024-cü ildə 30% artımla investorlarına sabit gəlir təmin edib.
* "Microsoft" isə nisbətən aşağı performans göstərərək il ərzində yalnız 12% artım nümayiş etdirib.
ABŞ bazarları və iqtisadi inkişaf
"Dow Jones", "S&P 500" və "Nasdaq" indeksləri 2024-cü ildə müvafiq olaraq 13%, 23% və 29% artımla rekord səviyyələrə çatıb. FED-in faiz endirimləri və iqtisadi artım gözləntiləri bu pozitiv dinamikanı dəstəkləyib.
Aydın
Şərhlər