YouTube yaradıcılar və reklamçılar arasında vasitəçi kimi özünü bazarda möhkəmləndirərək yeni eksklüziv proqramlarla diqqət çəkir. Platforma məşhur şəxslərin aparıcılığı ilə unikal şoular yayımlamaqla reklam sektorunda investisiyaları cəlb etməyi planlaşdırır.
YouTube yaradıcılara və reklamçılara yönəlmiş proqramlarla rəqabəti artırır və onları yayımlanan şoular vasitəsilə bir araya gətirir.
Qaynarinfo The Verge-ə istinadla xəbər verir ki, Nyu-Yorkda keçirilən illik reklamçılar tədbirində YouTube populyar yaradıcıların iştirakı ilə yeni eksklüziv proqramlarını təqdim edib.
Şoulara cəmiyyətdə tanınmış şəxslər aparıcılıq edir. Səyahət şousuna Trevor Noah, Met Gala mövzusunda sənədli seriala podkast aparıcısı Aleks Kuper, məşhur "Subway Takes” proqramının aparıcısı Karim Rahma isə yeni layihə ilə qatılıb.
Reklamçılar üçün əsas təklif YouTube-a məxsus bu şoulara investisiya qoymaqdır.
Yaradıcılar üçün YouTube-un əsas üstünlüyü reklam gəlirlərinin bölüşdürülməsində nisbətən geniş pay təklif etməsidir. Bununla yanaşı, platforma tədricən yaradıcıların gəlir əldə etməsi üçün alış-veriş funksiyaları kimi yeni alətlər və brendlərin uyğun yaradıcıları daha asan tapmasına imkan verən mərkəz yaradıb.
Reklamçılar sponsorlu videolara daha çox vəsait yatırır. Bu formatın üstünlüyü ondan ibarətdir ki, kampaniya başa çatdıqdan sonra brend sponsoru dəyişdirilə bilir və beləliklə məzmun davamlı yenilənən reklam modelinə çevrilir.
Nielsen tədqiqatına görə, YouTube bütün televiziya baxışlarının 12,7 faizini təşkil edir. Reklamçılar 3 milyondan çox uyğun yaradıcı arasında seçim imkanı olan platformadan istifadə edir. Həmçinin süni intellekt alətləri vasitəsilə uyğun kanalları tapmaq mümkündür.
Karim Rahma "The New York Times”a bildirib ki, YouTube onun yeni şousu üçün sponsor tapmağa və Emmy kampaniyasına dəstək göstərib.
Daha əvvəl YouTube məşhurlar və internet ulduzları ilə orijinal kontent yaratmağa cəhd etsə də, bu təşəbbüslər uğurlu olmayıb. CEO Nil Mohan bunun səbəbini rəhbərliyin uyğun məzmun seçməkdə çatışmazlığı ilə izah edib.
Bu səbəbdən YouTube yaradıcıların artıq hazırladığı videolar platforması kimi böyük potensial görür və onları maliyyələşdirəcək brendləri tapmağa çalışır.
YouTube yaradıcıları platformada saxlamaq üçün fərqli imkanlar təqdim etməlidir. Bu məqsədlə video formatında podkastların inkişafında aparıcı rol oynayan platforma bəzi yaradıcılarını itirib.
Məsələn, Netflix öz video podkast siyahısını genişləndirir və dekabr ayında iHeartRadio-nun 15 proqramını platformasına əlavə edib. Bu ilin yanvarında isə Netflix ilk orijinal podkastlarını — komediyaçı Pit Devidsonun aparıcılığı ilə hazırlanan layihəni və keçmiş NFL oyunçusu, idman şərhçisi Maykl İrvinin proqramını yayımlamağa başlayıb.
Şərhlər