Xəbər lenti

Avokado sağlam həyatın açarıdır: Ürək və xolesterola təsiri..
Sağlamlıq 23:20 13.05.2026

Avokado sağlam həyatın açarıdır: Ürək və xolesterola təsiri..

Son illərdə sağlam qidalanmanın ayrılmaz hissəsinə çevrilən avokado yalnız dadı ilə deyil, həm də insan sağlamlığına verdiyi mühüm faydalarla diqqət çəkir.
 
Qaynarinfo  "New York Times"a istinadən xəbər verir ki, Harvard T.H. Çan İctimai Səhiyyə Məktəbi və Texax Universitetinin mütəxəssisləri bu meyvənin xüsusilə ürək-damar sistemi və xolesterola təsirini araşdırıblar.

Mütəxəssislərin sözlərinə görə, avokado tərkibində az karbohidrat, yüksək miqdarda lif və sağlam yağlar ehtiva edən zəngin qida mənbəyidir. Harvard Universitetinin professoru Frank Hu bildirir ki, bu xüsusiyyətlər onu xüsusilə bitki əsaslı qidalanan insanlar üçün daha doyurucu və faydalı edir.

Texas Universitetinin dietoloqu Elizabet Klinqbel qeyd edib ki, avokadonun tərkibindəki yağların böyük hissəsi təkli doymamış yağlardan ibarətdir. Bu yağlar damarları tıxayan və ürək xəstəlikləri riskini artıran doymuş yağlardan fərqli olaraq, ürək sağlamlığını qorumağa kömək edir.

Mütəxəssislər vurğulayır ki, qidalanma vərdişləri xolesterol səviyyəsinə birbaşa təsir göstərir. Doymuş yağlarla zəngin qidalar LDL ("pis”) xolesterolu artırdığı halda, avokado kimi məhsullar bu səviyyəni azaltmağa kömək edir.

Bu səbəbdən qırmızı ət, kərə yağı və pendir kimi məhsulların əvəzinə avokado istifadəsi daha sağlam seçim hesab olunur. Bu, həm xolesterolu nəzarətdə saxlamağa, həm də damar tıxanması riskini azaltmağa imkan verir.

Mütəxəssislər bildirir ki, avokadonun gündəlik rasiona daxil edilməsi ürək-damar xəstəliklərinə qarşı təbii qoruyucu rol oynaya bilər.
 
Günay

--> -->