Xəbər lenti

Azərbaycan Kuboku:
İdman 21:57 13.05.2026

Azərbaycan Kuboku: "Sabah" "Zirə"yə qalib gəldi

"Sabah" 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Qaynarinfo xəbər verir ki, finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.

Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıblar.

Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ikini Azərbaycan Kuboku olub.
--> -->