Xəbər lenti

Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
İdman 22:31 13.05.2026

Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, təmsilçimiz K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həlledici qarşılaşmada türkiyəli Yusuf Yünaçtıya məğlub olub. Bu, qitə birinciliyində İ.Xəlilovun ikinci gümüş medalı kimi tarixə düşüb.

Qeyd edək ki, daha əvvəl digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) yarışda gümüş medala sahib çıxıb.
--> -->