"Neftçi"nin qızlardan ibarət komandası futbol üzrə yüksək liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub.
Qaynarinfo xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun yetirmələri sona 2 tur qalmış "Sumqayıt" üzərində 6:0 hesablı səfər qələbəsi qazanmaqla çempionluğu rəsmiləşdirib.
Bununla da "ağ-qaralar" növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
Şərhlər