Xəbər lenti

Trampla Putinin telefon danışığının vaxtı açıqlandı
Dünya 14:24 18.03.2025

Trampla Putinin telefon danışığının vaxtı açıqlandı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı bu gün Moskva vaxtı ilə saat 16:00-18:00 arasında gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

D.Peskov telefon danışığının lazım olduğu qədər davam edəcəyini bildirib.

Onun sözlərinə görə, iki ölkənin liderləri həm Rusiya və ABŞ arasında münasibətlərin normallaşmasını, həm də Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

D.Trampın Rusiya və ABŞ-nin artıq bir çox məsələlərlə bağlı mövqelərini razılaşdırdığı barədə sözlərini şərh edən D.Peskov Moskva və Vaşinqton arasında müəyyən müzakirələrin aparıldığını diqqətə çatdırıb.

"ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvada olub, İstanbulda da danışıqlar aparılıb və daha əvvəl iki prezident arasında ilk telefon danışığı baş tutub. Buna görə də, şübhəsiz ki, müəyyən anlayış var. Lakin həm ikitərəfli münasibətlərimizin gələcəkdə normallaşması, həm də Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı çoxlu suallar var. Bütün bunlar iki prezident tərəfindən müzakirə ediləcək", - mətbuat katibi bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->