Xəbər lenti

Aİ-nin tələbləri
Texnologiya 23:55 18.03.2025

Aİ-nin tələbləri "Apple"ın inqilabi "iPhone" modelini təqdim etməsinə mane oldu

Son illərdə internetdə yeni nəsil "iPhone"un bütün portlardan və fiziki düymələrdən tamamilə məhrum ediləcəyi ilə bağlı şayiələr dolaşırdı. 

Qaynarinfo xəbər verir ki, "Bloomberg"in analitik Mark Qurmana istinadən verdiyi məlumata görə, bu il belə bir modelin təqdimatı real ola bilərdi.

Məlumatlara əsasən, "iPhone 17 Air" adı altında tanınan bu ultra-nazik smartfon daha iddialı bir layihə kimi planlaşdırılmışdı. Belə ki, "Apple" USB-C portundan imtina etməklə bu cihazı tamamilə naqilsiz şarj edilən ilk smartfon etməyi düşünürdü.

Lakin şirkətin bu sahədə hansı inkişaf mərhələsinə çatdığı bilinmir. Nəticədə, Avropa İttifasqı qaydalarına görə layihə dayandırılıb. 2024-cü ilin dekabrında Aİ-də USB-C şarj portunun məcburi standart olması ilə əlaqədar olaraq "Apple" bəzi populyar "iPhone" modellərini satışdan çıxarmağa məcbur qalıb.

Bununla belə, "Apple" tamamilə naqilsiz smartfon konsepsiyasından tamamilə vaz keçməyib. Bütün gözlər "iPhone 17 Air"in uğuruna dikilib. Əgər bu model bazarda yaxşı qarşılanarsa, gələcəkdə portlarsız smartfon ideyası reallaşa bilər.

Məlumatlara görə, "iPhone 17 Air" şirkət tarixində ən nazik smartfon olacaq və digər "iPhone 17" modelləri ilə müqayisədə təxminən 2 mm daha incə dizayna sahib olacaq.

Yayılan görüntülər (rendərlər) cihazın necə kompakt olacağını göstərir.



"iPhone 17 Air"in texniki xüsusiyyətləri

Gözlənilən xüsusiyyətlər bunlardır:

6,6 düymlük ekran
"Apple"ın öz modem çipi
A19 çipseti və 8 GB RAM
48 MP-lik tək əsas kamera

Ultra-nazik dizayn bəzi funksiyaların ixtisar edilməsini tələb edəcək. Bu modeldə SIM kart yuvası, alt dinamik və ultra geniş bucaqlı kamera olmayacaq. Cihazın təxmini qiyməti 900 dollar olacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->