Xəbər lenti

Toğrul Qulubəyli:
Ekonomiks 09:30 20.05.2025

Toğrul Qulubəyli: "Azərbaycan şirkətləri Suriyanın yenidən qurulmasında iştirak etməyə hazırdır"

"Azərbaycanla Suriya arasında inkişaf və bərpa sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər aparılır. Azərbaycan şirkətləri regional inteqrasiya strategiyalarını dəstəkləmək məqsədilə öz təcrübə və bacarıqlarını təqdim etməyə hazır olduqlarını bildirirlər".

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu sözləri "RosAzerMaş QSC-nin sədri Toğrul Qulubəyli "Suriya TV"-yə verdiyi açıqlamada bildirib.

T.Qulubəyli daha sonra deyib: 

"Azərbaycan şirkətləri infrastruktur layihələri, texniki xidmətlər və mühəndis sənayesi sahələrində yüksək potensiallarını sübut ediblər. Bu isə onları Suriyanın yenidən qurulması prosesində etibarlı tərəfdaşa çevirir.”

O əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq üçün nəzərdə tutulan əsas sahələrə tikinti, yol və körpü şəbəkələrinin bərpası, su, kanalizasiya və elektrik layihələri daxildir. Onun sözlərinə görə, Azərbaycan şirkətləri bu sahələrin ehtiyaclarını həm təchizat, həm də icra baxımından qarşılamağa qadirdir.

Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriyada səfərdə olub. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb.

"RosAzerMaş” QSC, Azərbaycanda paslanmaz polad avadanlıqların istehsalı, laminə olunmuş lövhələrin hazırlanması, metal konstruksiya, mülki və sənaye infrastrukturu sahələrində peşəkar xidmətlər göstərən, 28 illik fəaliyyəti ilə seçilən etibarlı müəssisədir.

Eyni zamanda, şirkətin metal konstruksiya və inşaat işləri, eləcə də sənaye və mülki infrastruktur layihələrinin layihələndirilməsi, tikintisi və tam hazır vəziyyətdə istismara verilməsi üzrə geniş təcrübəsi mövcuddur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->