Xəbər lenti

Akif İslamzadənin son durumu açıqlandı
Ölkə 13:50 11.05.2026

Akif İslamzadənin son durumu açıqlandı

Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir.

Bu barədə Modern.az-a sənətçinin oğlu Ayxan İslamov məlumat verib.

O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:

"Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gün gündə iki dəfə olmaqla görüşürük. Ola bilsin ki, bu gün və ya yaxın günlərdə evə buraxılsın”.

Qeyd edək ki, Akif İslamzadə ötən həftə infarkt keçirib. Mərkəzi Gömrük Hospitalına hyerləşdirilən 77 yaşlı müğənninin ürəyinə stent qoyulub.
 
--> -->