Amerikalı sahibkar Qari Uinnik bir vaxtlar Los-Ancelesin ən varlı insanı hesab edilirdi, lakin ölümündən sonra ailəsinə böyük borclar buraxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Uinnik 1990-cı illərdə "Global Crossing" telekommunikasiya şirkətini təsis edib. İnternet bumunun başladığı dövrdə şirkət sürətlə böyüyərək dünyanın ən dinamik inkişaf edən telekom operatorlarından birinə çevrilmişdi. Biznesin əsas ideyası qlobal sualtı kabel şəbəkəsi quraraq internet trafikini ötürmək idi.
Həmin dövrdə sahibkar ABŞ-də ən bahalı evlərdən birinə sahib idi. Media onun sərvətinin o qədər böyük olduğunu yazırdı ki, hətta ev işçisi də şirkət səhmlərini hədiyyə olaraq aldıqdan sonra milyonçuya çevrilmişdi.
Lakin 2000-ci illərin əvvəlində "Global Crossing" ciddi maliyyə problemləri ilə üzləşib. Telekommunikasiya tutumuna dair proqnozlar özünü doğrultmayıb, dotkom böhranı isə şirkətin əsas müştərilərini bazardan çıxarıb. 2002-ci ildə şirkət müflis olduğunu elan edib.
Buna baxmayaraq, Uinnik ailəsinin həyat tərzi uzun müddət dəyişmətib. Onlar Bel-Air bölgəsində yerləşən "Casa Encantada" malikanəsində yaşamağa davam edib, həmçinin Malibu evinə, Nyu-Yorkdakı "Sherry-Netherland" otelində mənzilə və Edvard Hopper və Say Tvmblinin əsərlərinin də daxil olduğu incəsənət kolleksiyasına sahib olublar. Sahibkar özü isə xeyriyyəçiliyə on milyonlarla dollar ianə etməyə davam edirib.
Onun ölümündən sonra məlum olub ki, əmlakın böyük hissəsi iri kreditlər üzrə girovda olub. 2020-ci ildə "Casa Encantada", Malibu evi, incəsənət əsərləri və zinət əşyaları kreditlərin təminatı kimi istifadə edilib. Daha sonra ümumi borc 155 milyon dollara qədər yüksəlib.
Sahibkarın dul xanımı Karen Uinnik məhkəmədə bildirib ki, ailənin real maliyyə vəziyyətindən xəbərsiz olub. Onun sözlərinə görə, əri borcların miqyasını və həyat səviyyəsini saxlamaq üçün götürülən kreditləri gizlədib.
Aydın
Şərhlər