ABŞ prezidenti Donald Tramp Belarus prezidenti Aleksandr Lukaşenko ilə dostluq münasibətlərindən danışıb və onunla əməkdaşlığa görə təşəkkür edib.
Qaynarinfo xəbər verir ki, Tramp bu barədə "Truth Social” platformasındakı paylaşımında bildirib.
Onun sözlərinə görə, Belarus və Rusiyanın həbsxanalarında saxlanılan bir neçə xarici vətəndaş azad edilib. ABŞ lideri qeyd edib ki, azad edilənlər arasında üç polyak və iki moldovalı var. Tramp bu nəticənin onun xüsusi nümayəndəsi Con Koulin komandası tərəfindən aparılan danışıqlar nəticəsində mümkün olduğunu vurğulayıb.
"Biz bu azadlığa nail olmaq üçün ciddi şəkildə çalışdıq. Dostum, Polşa prezidenti Karol Navrotski ötən ilin sentyabrında mənimlə görüşərək Anjey Poçobutun Belarus həbsxanasından azad edilməsinə kömək etməyimi xahiş etmişdi. Bu gün Poçobut bizim səylərimiz nəticəsində azaddır. ABŞ öz müttəfiqlərinə və dostlarına kömək edir. Prezident Aleksandr Lukaşenkoya əməkdaşlıq və dostluğa görə təşəkkür edirik. Çox xoşdur!", deyə Tramp yazıb.
Aydın
Şərhlər