Tiflisdəki Müqəddəs Üçlük Kafedralında keçirilən Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında yeni Katolikos-Patriarxın seçilməsi üzrə səsvermə prosesi başa çatıb.
Qaynarinfo xəbər verir ki, səsvermədə Müqəddəs Sinodun bütün 39 üzvü iştirak edib.
Seçki nəticəsində mitropolit Şio (Elizbar Muciri) bütün Gürcüstanın yeni - 142-ci Katalikos-Patriarxı seçilib. O, 22 səs toplayıb.
Qeyd edək ki, Patriarx postuna əsas namizədlər Senaki və Çxorotsku mitropoliti Şio (Mujiri), Mroveli-Urbenisi mitropoliti İob (Akiaşvili) və Poti-Xobi mitropoliti Qriqoli (Berbiçaşvili) olub.
Gürcüstan Katolikos-Patriarxının seçilməsi proseduru 1995-ci ildə Svetitsxoveli Kafedralında keçirilən Gürcüstan Kilsəsinin XIII Genişləndirilmiş Şurasında qəbul edilmiş əsasnamə ilə tənzimlənir.
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.
Şərhlər