Xəbər lenti

Qırmızı Ay tutulması baş verə bilər
Dünya 09:19 13.03.2025

Qırmızı Ay tutulması baş verə bilər

Martın 14-də gözlənilən tutulmanın maksimum mərhələsində Ay diski qırmızıya çevrilə bilər.

Bu barədə "TASS”a Moskva Planetariumunun mətbuat xidməti məlumat verib.

"Ayın gecə səmasında demək olar ki, görünmədiyi və ya Ayın tam fazada aydın göründüyü zaman, qaranlıqlaşma çox intensiv ola bilər. Martın 14-də Bakı vaxtı ilə saat 10:59-da tam tutulmanın maksimum mərhələsi başlayacaq. Bu anda Ayın qaralması (qırmızılaşması) maksimum həddə olacaq”, - astronomlar qeyd edib.

Vurğulanıb ki, Ay bir saatdan çox müddətə Yerin kölgəsində qalacaq. Atmosferin vəziyyətindən və bəzi digər amillərdən asılı olaraq, Ay diskinin qaralması tutulmadan tutulmaya qədər fərqlənə, qırmızı rəngin intensivliyi isə boz-qəhvəyidən narıncıya qədər dəyişə bilər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->