Xəbər lenti

Prezident Fərman imzaladı
Ölkə 12:37 13.03.2025

Prezident Fərman imzaladı

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə", eləcə də nazirlik yanında fəaliyyət göstərən 4 agentliyin nizamnaməsi dəyişib. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. 

Fərmana əsasən, dövlət başçısının 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur. 

Bundan başqa, nazirə dövlət büdcəsindən ayrılmış vəsailə yanaşı büdcədənkənar vəsaitin də təyinatı üzrə xərclənməsini təmin etmək həvalə olunub. 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->