Kiyevin siyasi dairələrində Ukrayna prezidenti Volodimir Zelenskinin hakimiyyətdə nə qədər qalacağı ilə bağlı aktiv müzakirələr gedir.
Qaynarinfo xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmura istinadən "Financial Times" qəzeti yazıb.
"Biz Volodimir Zelenskinin prezidentliyinin son mərhələsindəyik", deyə nəşrin mənbəsi bildirib.
Qəzetin yazdığına görə, fevralın 28-də ABŞ prezidenti Donald Trampla uğursuz danışıqlardan sonra Zelenskiyə açıq dəstək verən siyasi opponentlər ittifaq qururlar. Bəzi müxalif siyasətçilər artıq Amerika administrasiyası ilə əlaqələr qurmağa başlayıblar.
Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb, lakin 2024-cü il Ukrayna prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə əsaslanaraq ləğv edilib. Zelenski seçkilərin vaxtında keçirilmədiyini deyib.
Samir
Şərhlər