Xəbər lenti

Trampın xüsusi nümayəndəsi artıq Moskvadadır - Rusiya mediası
Dünya 14:45 13.03.2025

Trampın xüsusi nümayəndəsi artıq Moskvadadır - Rusiya mediası

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun təyyarəsi cümə axşamı Moskvaya eniş edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın təbliğat agentliyi RİA Novosti məlumat yayıb.

Məlumata görə, Vitkoffu daşıyan təyyarə Vnukovo hava limanına enib.

Cümə axşamı Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında ABŞ-dan olan "danışıqçıların" rusiyalı həmkarları ilə təmas qurmağı planlaşdırdıqları Rusiyaya getdiyini təsdiqləyib.

Peskov həmçinin Rusiyanın Ukraynaya qarşı açdığı müharibənin sülh yolu ilə həlli ilə bağlı rəsmi mövqeyini səsləndirməkdən imtina edib.
Trampın nümayəndəsinin Ukrayna nümayəndə heyəti ilə martın 11-də Ciddədə baş tutan danışıqların nəticələrini Rusiyada təqdim edəcəyi gözlənilir.

Bu danışıqlardan sonra Ukrayna Rusiyanın da eyni addımı atacağı təqdirdə dərhal 30 günlük atəşkəsə razılaşıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->