Xəbər lenti

Duda Polşa xarici işlər nazirini Mask və Rubiо ilə mübahisəyə görə tənqid etdi
Dünya 14:07 13.03.2025

Duda Polşa xarici işlər nazirini Mask və Rubiо ilə mübahisəyə görə tənqid etdi

Polşa Prezidenti Andjey Duda xarici işlər naziri Radoslav Şikorskinin İlon Mask və ABŞ-ın dövlət katibi Marko Rubiо ilə Starlink-in Ukraynadakı fəaliyyəti ilə bağlı sosial şəbəkə X-də baş verən mübahisəsinə görə narazılığını bildirib.  

Qaynarinfo xəbər verir ki, bu barədə Duda "Financial Times"a müsahibəsində deyib.  

Ötən həftəsonu Polşanın xarici işlər naziri Radoslav Şikorski ABŞ-ın dövlət katibi Marko Rubiо və Donald Trampın tərəfdarı olan İlon Mask ilə sosial şəbəkədə mübahisə edib. Söhbət Ukraynanın Starlink peyk sisteminə çıxışından gedib. Mübahisə zamanı Mask Şikorskini "kiçik adam" adlandırıb.  

Polşanın baş naziri Donald Tusk isə məsələyə müdaxilə edərək, Polşanın müttəfiqlərini kiçik tərəfdaşlara hörmət göstərməyə və təkəbbürdən uzaq olmağa çağırıb.  

Lakin Duda Sikorskini "tamamilə lazımsız" şəkildə Starlink məsələsinə qarışdığına görə tənqid edib.  

"Siz ABŞ administrasiyası ilə Twitter-də mübahisə etməməlisiniz, bunu diplomatik kanallar vasitəsilə etməlisiniz", – deyə Duda bildirib.  

Duda, Donald Tuskun rəhbərlik etdiyi hakim koalisiya ilə qarşıdurma içindədir. 2023-cü il parlament seçkilərində Tusk qalib gəldikdən sonra, Duda onun islahat proqramlarına "Hüquq və Ədalət" (PiS) Partiyasının təyin etdiyi hakimlər vasitəsilə veto qoyub.  

Starlink və Ukrayna məsələsi  

Martın 12-də Ukraynanın Polşadakı səfiri Andrey Sibiqanın Varşavaya səfəri zamanı Ukrayna və Polşa XİN başçıları Starlink-in Ukraynada işləməsi məsələsini müzakirə ediblər.  

Xatırladaq ki, İlon Mask X-dəki mübahisədən sonra bəyan edib ki, Ukrayna ordusu üçün Starlink-i heç vaxt söndürməyəcək, baxmayaraq ki, Ukraynanın siyasəti ilə razı deyil.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->